Ətraf mühitin davamlılığı
0 (0 Likes / 0 Dislikes)
Əgər ətrafımızdakı varlıqlar özünü idarə etmə
qabiliyyətinə malikdirsə bu davamlılıq adlanır.
Onlar fasiləsiz inkişafda ola bilərlər.
Bu o deməkdir ki, yer kürəsi nə üçün yaradılıbsa
və necə fəaliyyət göstərirsə elə də davam edəcəkdir.
Bizi təmiz havayla, saf suyla, qidayla təmin edəcək
və yüksək sdandartlara uyğun həyatla təmin edəcək.
Amma təəssüf ki hal-hazırda ekoloji davamlılıq çox zəifdir.
20 il əvvəl İsveçli alimlər davamlılıq üçün 4 əsas qanun təqdim etdilər
bu qanunlar planetimizi qorumaq üçün ən vacib təlimatlardır.
Əgər biz onlara əməl etsək planetimiz üçün çox faydalı olacaq
və biz də planetin bir hissəsi olduğumuz üçün, bizim üçün də faydalı olacaq.
birinci təlimat
fosil yanacağından və ağır metallardan olan asılılığımızı azaltmaqdır
sintetik kimyəvi maddələrdən asılılığımızı azaltmaq
təbiəti məhv etməmək
insanların əsas ehtiyaclarını ödəməyə kömək etmək
Əhalinin sayı artıqca yaşayış yeri, təmiz hava, su və qida üçün ehtiyac da artır
və yaşayış standartları da artır
Amma planetin bu artan ehtiyacları qarşılamaq qabiliyyəti azalır
Firavanlıq, artım və uğur qazanmaq üçün
asılı olduğumuz bu sistemi biz özümüz məhv edirik.
Bizim həyat tərzimiz özümüz üçün təhükə yaradıb
Yer kürəsi bir sistemdir və hər şey bir-birinə bağlıdır
cəmiyyət, ətraf mühit və iqtisadiyyat
Davamlı yaşamaq üçün bu dörd təlimatı yerinə yetirməli
və onların istafadəsi həm evimizdə, həm də işimizdə təmin etməliyik
Əgər hər birimiz bu təlimatlara əməl etsək
birlikdə planetin davamlı fəaliyyətini təmin etmiş olarıq
Hamımızın yüksək həyat standartları olacaq
Məişət tullantılarımız azalacaq, ətraf mühiti çirkləndirməyəcəyik,
və cəmiyyət üçün daha faydalı şeylər etməyə başlayacağıq
Beləliklə də planetimizin bizim əsas ehtiyaclarımızı ödəmək qabiliyyətini də artırmış olacağıq.